-
- 20-12-2018, 10:15
- 1 065
Gəncə Yeni ili qarşılamağa hazırlaşır
Ölkəmizin digər bölgələri kimi Gəncə də Yeni ili qarşılamağa hazırlaşır.
Şəhərdə yavaş-yavaş bayram əhvalı hiss olunur. Hər il Gəncənin mərkəzi meydanını bəzəyən küknar ağacı artıq hazırdır. Hündürlüyü 21 metr olan küknar ağacı 500-dən çox müxtəlif oyuncaqla bəzədilib, ağacın üzərində işıq sistemi və effektlər quraşdırılıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, şəhər sakinləri bu il bir sıra yeniliklərin şahidi olacaqlar.
Hazırda şəhərin mərkəzi meydanında 10 ədəd kiçik evcik qurulub ki, burada da müxtəlif qida məhsullarının tanıdılması və satışı həyata keçiriləcək.
Mərkəzi meydanda Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar təqdim olunacaq. Şəhərin musiqi kollektivləri, hər gün biri olmaqla saat 17:00-da konsert proqramı ilə sakinlər qarşısında çıxış edəcəklər. Artıq ilk konsert dekabrın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tərəfindən təqdim olunub. Bununla yanaşı Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı və Kukla Teatrı kollektivlərinin də çıxışları gözlənilir.
Təşkilati işlər üzrə məsul şəxs Sevinc Hüseynova bildirib ki, dekabrın 21-də hər kəsin tanıdığı məşhur içki brendinə məxsus maşın karvanı Gəncənin qonağı olacaq.
“Brend burada öz məhsullarının dequstasiyasını təşkil edəcək. Bu proses konsert proqramı ilə müşayiət olunacaq. Dekabrın 22-də Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramının təşkili nəzərdə tutulub. Dekabrın 26-da isə Əməkdar artist Abbas Bağırov canlı konsert proqramı ilə şəhər sakinləri qarşısında çıxış edəcək. Həmçinin müğənni Murad Arifin də konserti nəzərdə tutulub” - deyə Sevinc Hüseynova qeyd edib.
O, həmçinin vurğulayıb ki, Gəncədə yeni açılacaq sağlamlıq mərkəzi də Yeni il yarmarkasında iştirak edərək, pulsuz müayinələr təşkil edəcək. Sakinlər "Yaşın qədər endirim al" kampaniyası çərçivəsində endirimlə qan analizi verə biləcəklər. Təşkilatçılar Yeni il yarmarkasında qiymət artımının olmayacağını bildiriblər.
Dekabrın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Gəncənin mərkəzi meydanında konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.
//AZƏRTAC