Aeroport yolunda ağır qəza – ÖLƏN VAR
    • 20-12-2018, 10:38
    • 1 072

Aeroport yolunda ağır qəza – ÖLƏN VAR

Bakıda ağır yol qəzası baş verib.

Hava limanına gedən yolun Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindən keçən hissəsində 1967-ci il təvəllüdlü Dadaşov Dmitri Hadıyeviç idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yolu keçən piyadanı vurub.

Ağır xəsarət alan şəxs hadisə yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1991-ci il təvəllüdlü Əliyev Cəlal Cümşüd oğludur.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

//Publika