Sumqayıtda 20 yaşlı qızın evdə meyiti tapıldı

Sumqayıtda 20 yaşlı qızın evdə meyiti tapıldı Kriminal
Sumqayıtda gənc qız yaşadığı evdə ölü tapılıb.

Hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Dövlətzadə Günel Əlibaba qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

G. Dövlətzadənin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

//Trend