Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb
    • 20-12-2018, 12:02
    • 1 619

Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Təhsil şöbəsindən bildirilib ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb: "Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

//Report