Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
    • 30-06-2022, 01:35
    • 449

Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Duması sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısı Baş nazirin Bakı səfərinə hazırlıq barədə bildirib. Həmçinin qeyd edib ki, Dövlət Duması sədri Vyaçeslav Volodin də Azərbaycana səfər edəcək.

“Bizim Baş nazirimizin və Dövlət Duması sədrinin səfərinə hazırlıq görülür”, - Putin vurğulayıb./Report/