Albaniyanın Baş naziri Edi Rama Azərbaycana gəlir
    • 13-04-2022, 22:36
    • 326

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana gəlir

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfər edəcək.

Baş nazir Edi Rama sabah səhər saatlarında Bakıya yola düşəcək. Səfər çərçivəsində Edi Rama Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Aprelin 15-də isə Albaniya hökumət başçısı İstanbula qeyri-rəsmi səfər edəcək və orada TUBİTAK-ın təmsilçiləri ilə görüşlər keçirəcək. /Apa.az/