Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək
    • 20-12-2018, 12:22
    • 708

Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək

Kanzas ştatının rəhbərliyi ona çox bənzəyən başqa bir şəxsə görə 17 il həbsdə yatan keçmiş məhkuma 1,1 milyon dollar ödəməyə razılıq verib.

Bu haqda "Associated Press” məlumat verir.

Bildirilir ki, 42 yaşlı məhkum Riçard Entoni Cons və Kanzasın rəhbərliyi ilə razılıq 17 dekabrda əldə edilib. Ştat prokurorunun sözlərinə görə, R.Cons qeyri-qanuni həbs olunan şəxslərə ödəniləcək təzminat haqqında yeni qanuna əsasən təzminat alacaq ilk insandır. Hazırda daha iki oxşar iddia nəzərdən keçirilir.

Cons 1999-cu ildə oğurluq etməkdə təqsirli bilinərək həbs edilmişdi. Onun sübutlarının olmasına baxmayaraq, şahidlər onu oğruya bənzətdiklərinə görə o məhkum edilmişdi. Və yalnız 17 il sonra onun vəkilləri ona çox bənzəyən başqa bir şəxsi tapdıqdan sonra hadisə şahidləri özlərinin ilkin ifadələrində əmin olmayıblar və R.Cons azadlığa buraxılıb.