İspaniyada 50-dən çox uçuş ləğv edilib
    • 1-07-2022, 01:56
    • 214

İspaniyada 50-dən çox uçuş ləğv edilib

İspaniya hava limanlarında "Ryanair" aviaşirkətinin onlarla reysi əməkdaşların tətili səbəbindən ləğv edilib.

News24.az
-ın məlumatına görə, bu barədə Avropa KiV-ləri xəbər verib.

Cümə axşamı İspaniyadan yola düşməli və ya İspaniyaya çatması planlaşdırılan ümumilikdə 54 reys ləğv edilib. 300-dən çox reys gecikib.

Aviaşirkət əməkdaşları iş şəraitindən narazıdırlar. Onlar tətilin iyulun 2-dək davam edə biləcəyini istisna etmirlər.