-
- 4-07-2022, 18:16
- 445
Konsertə gecikdi, yerinə Binəli Yıldırım oxudu - VİDEO
Türkiyəli müğənni Murat Dalkılıç dünən keçirilən konsertinə gecikib.
News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səhnədəki boşluğu ölkənin sabiq baş naziri Binali Yıldırım doldurub. O, "Murat Dalkılıç 5 dəqiqə gecikəcək" deyərək, “Erzincana girdim nə güzel bağlar” türküsünü oxuyub.
Onu alqışlarla qarşılayan tamaşaçılar təkrar oxumasını istəyib.
Nazir “Mən Murad Dalkılıcın yerini tuta bilmərəm. Gənclər, siz sənətçini səhv saldınız, sənətçi yoldadır gəlir" deyə cavab verib. Amma buna rəğmən, izləyicilərin istəyini qırmamaq üçün oxumağa davam edib.