-
- 15-11-2018, 19:02
- 1 550
Murad Ariflə Nazim Pişvari bir-birlərinə atmaca atdılar
Müğənni Nazim Pişyarinin müsahibəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.
“Faytonçu” musiqimizdən söz açarkən “Yerindən duran deyir ki, bəstəkaram. Əvvəl aparıcı idi, başladı mahnılar yazmağa, indi də özü oxuyur.
Mən bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır. Ay qardaş, sən kimsən? Ola bilməz ki, sən həm müğənni, aparıcı və bəstəkar olasan. Bu da təkəbbürlülükdən xəbər verir. Təkəbbürlülük yalnız Allaha məxsusdur. Murad Ariflə münasibətim çox yaxşıdır. Murad Arifə qarşı etirazım yoxdur, axı, tək o, deyil. Guya, mən musiqi yaza bilmərəm ki? Amma yazmıram”, - deyə Murad Arifə söz atıb. Murad isə onun sözlərinə sosial şəbəkədə cavab verib.
O, Nazimin 50 yaşında ilk dəfə konsert verməsini nəzərdə tutaraq “Nazimə ilk solo konsertində uğurlar arzu edirəm. Çox həyəcanlanmasın, hər şeyə qıcıqlanmasın. Super olacaq”, - deyə cavab verib.
Rəy yazan sosial şəbəkə istifadəçiləri isə Murad Arifə dəstək olub, Nazimin indiyədək bir uğurunun olmadığını yazıblar.
//Olke.az