-
- 5-07-2022, 10:17
- 322
İtaliyada fövqəladə vəziyyət elan edildi
İtaliya Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən pis quraqlığına görə fövqəladə vəziyyət elan edib.
News24.az “Reuters”ə istinadən xəbər verir ki, hökumətin qərarı hakimiyyət orqanlarına bürokratik əngəlləri azaltmağa və dərhal bir sıra tədbirlər görməyə imkan verəcək (məsələn, evlər və iş yerləri üçün su normasının tətbiqi).
Fövqəladə vəziyyət beş şimal bölgəsinə - Emiliya-Romanya, Friuli-Venesiya-Culiya, Lombardiya, Pyemont və Venetoya təsir edəcək. Quraqlıqla bağlı problemləri həll etmək üçün ilkin olaraq 36,5 milyon avro ayrılıb. Gələcəkdə quraqlıqla mübarizə üçün əlavə tədbirlər görülə bilər.
Qeyd olunub ki, çaya bitişik regionlar ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini verir.