Koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilə bilər

Koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilə bilər Dünya
Sabah Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı iclası keçiriləcək.

News24.az xəbər verir ki, iclasda koronavirusun (2019-nCoV) Çində yayılaraq yeni tipli pnevmoniya törətməsilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib-etməmək barədə qərar veriləcək.

“Komitə bu hadisənin beynəlxalq miqyaslı narahatlıq yaradan fövqəladə vəziyyət olub-olmaması ilə bağlı ÜST-nin baş direktoruna tövsiyə təqdim edəcək”, - məlumatda qeyd olunub.