Yəməndə silah anbarında partlayış oldu, 6 nəfər öldü
    • 5-07-2022, 18:53
    • 261

Yəməndə silah anbarında partlayış oldu, 6 nəfər öldü

Yəmənin cənubundakı Abyan vilayətində silah anbarının partlaması nəticəsində azı 6 nəfər ölüb.

News24.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb.

Yerli sakinlər partlayışın silah ticarəti ilə məşğul olan şəxsin üçmərtəbəli evində baş verdiyini, ölən və yaralananların yaxınlıqdakı valyuta məntəqəsində maaşlarını almağa hazırlaşan şəxslər olduğunu deyiblər.