Xırdalan  qəbiristanlığından KƏSİLMİŞ insan ayağı tapıldı
    • 6-07-2022, 10:25
    • 320

Xırdalan qəbiristanlığından KƏSİLMİŞ insan ayağı tapıldı

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

News24.az xəbər verir ki, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olunan ayaq cərrahiyyə yolu ilə kəsilib./apa/