6 nəfər mobil telefona görə imtahandan xaric olundu
    • 6-07-2022, 14:14
    • 383

6 nəfər mobil telefona görə imtahandan xaric olundu

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zaman 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.