Kök hüceyrəni kimlər etdirə bilməz?
    • 6-07-2022, 17:02
    • 470

Kök hüceyrəni kimlər etdirə bilməz?

“Vafa Dermatology & Aesthetic Clinic”in baş həkimi Vəfa Cəlilova İnstaqramın canlı yayımında iş xanımı, “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyevanın qonağı olub.

News24.az xəbər verir ki, V.Cəlilova kök hüceyrə ilə bağlı sualları cavablandırıb:

“Onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərə kök hüceyrə etmək olmaz. Onlar müalicə olunduqdan sonra da bu mümkün deyil. Yaxud da mənşəyi bəlli olmayan bir şiş varsa, bu prosedur edilmir. Bundan əlavə üzdə xal varsa, ətrafına və həmin yerə kök hüceyrə edə bilmərik. Bu, yatmış xəstəliyi oyadar və başqa problemə yola aça bilər. Ümumiyyətlə onkoloji xəstələrə kök hüceyrə etmək olmaz”, deyə, həkim bildirib.

Qeyd edək ki, kök hüceyrə çoxalmayan əzələ və sinir hüceyrələrindən fərqli olaraq bölünür və çoxala bilir. Kök hüceyrə xəstə olan və ya zədələnən toxuma və orqanların yenilənməsində rolu böyükdür.Yaşın artması ilə bağlı insan bədənində olan kök hüceyrənin azalması toxuma və orqanlarda zədələr əmələ gətirir. Məhz bu səbəblərdən müasir tibbdə kök hüceyrə bir çox xəstəliklərin müalicəsində önəmli yer tutur.

Onu da bildirək ki, “Vafa Dermatology & Aesthetic Clinic”də kosmetologiya, plastik cərrahiyyə, oynaq xəstəlikləri, onurğa xəstəlikləri, yanıq və çapıq izlərinin aradan qaldırılması ilə bağlı prosedurlar mövcuddur.