“Cəhənnəm qapısı”ndan tapılan 40 min illik dayça canlandırılacaq – Fotolar
    • 6-09-2018, 10:30
    • 1 344

“Cəhənnəm qapısı”ndan tapılan 40 min illik dayça canlandırılacaq – Fotolar

Rusiyanın Yakutsk şəhərindəki “Cəhənnəm qapısı” kraterindən 40 min illik dayçanın sümükləri tapılıb.
Bir qrup rusiyalı və cənubi koreyalı alim erkək dayça üzərində tədqiqat aparır və canlı hüceyrə, DNA qalıqları axtarır. Ehtimal edilir ki, dayça 20 günlük olanda ölüb.



Alimlər dayçanın üzərindəki torpaq qatını təmizləyiblər. Onun quyruğu və yalı qara rəngdədir.



Tədqiqat qrupunun üzvü doctor Semyon Qriqoryev deyib:

“Yaxşı ki, heyvanın əzələ toxumaları zədələnməyib. Bu səbəbdən əməliyyat ilə nəsli tükənmiş növləri klonlaşdıraraq yenidən həyata qaytarmaq istəyirik”.


Seuldan gələn klonlaşdırma üzrə mütəxəssis Hvanq Vu Suk deyib ki, əgər canlı bir hüceyrə tapılsa, klonlaşdırmaq üçün hər şeyi edəcəklər. Hvanqın məlumatına görə, dayçanın DNA-sı günümüzün atları ilə müqayisədə mamont və fil kimi heyvanların DNA-sına daha çox bənzəyir. Əgər bir canlı hüceyrə tapılsa, çoxaltılacaq və embrion əldə ediləcək.

//Ölkə.az