Ayağını pəncərədən çıxaran “Prius” sürücüsü həbs edildi VİDEO
    • 6-07-2022, 18:40
    • 375

Ayağını pəncərədən çıxaran “Prius” sürücüsü həbs edildi VİDEO

Bakı şəhərində sürücü ayağını çölə çıxararaq avtomobil idarə edib. 

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov nəqliyyat vasitəsini idarə edən zaman ayağını çölə çıxarıb, cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib.

“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.

Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi xahiş edirik”.