“Emin 444”ün qisasını alan xalası oğlunun cinayət işi məhkəməyə göndərildi
    • 7-07-2022, 11:51
    • 394

“Emin 444”ün qisasını alan xalası oğlunun cinayət işi məhkəməyə göndərildi

14 mart 2022-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlunun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirəliyev Samir Fərhad oğlunun 2019-cu ildə  qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.