Səhiyyə Nazirliyi koronavirus ilə bağlı ÇAĞIRIŞ ETDİ
    • 8-07-2022, 12:40
    • 244

Səhiyyə Nazirliyi koronavirus ilə bağlı ÇAĞIRIŞ ETDİ

Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirlikdən News24.az -a verilən məlumatda bildirilib ki, səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırır.

"Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur", - məlumatda vurğulanıb.