Deputatlar tətilə çıxdılar
    • 8-07-2022, 13:03
    • 491

Deputatlar tətilə çıxdılar

Milli Məclisin 2022-ci il üçün növbədənkənar sessiyası başa çatıb.

News24.az-ın məlumatına əsasən, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bununla da deputatlar tətilə çıxıblar.

Qeyd edək ki, parlamentin payız sessiyasının sentyabrın 30-u keçirilir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.