Bakıda daha bir zəbt edilmiş səki təmizləndi - FOTO
    • 13-07-2022, 11:05
    • 246

Bakıda daha bir zəbt edilmiş səki təmizləndi - FOTO

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu, Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

News24.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məsələyə reaksiya verilib.

Belə ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb. Verilən məlumata görə, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.