SN: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
    • 13-07-2022, 12:24
    • 377

SN: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb

Meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.

News24.az xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, hazırda durum stabildir, epidemioloji vəziyyət izlənilir:

"Yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib".