Xəzər dənizində FACİƏ: Qayıq sürən 15 yaşlı oğlan öldü
    • 13-07-2022, 16:03
    • 244

Xəzər dənizində FACİƏ: Qayıq sürən 15 yaşlı oğlan öldü

Xəzər dənizində faciə yaşanıb.

News24.az Lent.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.

Yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.

Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.