Super Ay hadisəsi müşahidə olundu - Foto
    • 13-07-2022, 23:30
    • 630

Super Ay hadisəsi müşahidə olundu - Foto

Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub.

News24.az xəbər verir ki, Bakı Dövlət Universitetindən verilən məlumata görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.

Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib.