Arif Babayevin səhhəti ilə bağlı SON DURUM - AÇIQLAMA
    • 20-09-2019, 13:59
    • 2 043

Arif Babayevin səhhəti ilə bağlı SON DURUM - AÇIQLAMA

Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirlib.

Muğam ustasının səhhətinin son durumu ilə bağlı News24.az-a danışan sənətkarın oğlu Yaşar Babayev narahatlıq üçün heç bir əsasın olmadığını bildirib: "Əməliyyat olunması səhv məlumatdır. Hər şey yaxşıdır. Sadəcə, yoxlanış üçün Türkiyəyə gedib. Xeyli müddət əvvəl Bakıda belindən əməliyyat olunub. Dizlərində də problem var. İnşallah düzələcək. Bir neçə gün içində yəqin ki, Bakıya qayıdacaq". 

Teymur Məmmədov