Prezident onu Dövlət Agentliyinə rəis təyin etdi
    • 15-07-2022, 14:54
    • 304

Prezident onu Dövlət Agentliyinə rəis təyin etdi

İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib.