-
- 15-07-2022, 16:26
- 475
Azərbaycanlı ərini boğaraq öldürən rus qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən , İnessa İsmayılova 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib.
Belə ki, evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşidin boynundakı gümüş boyunbağıdan tutub dartmaqla boğaraq öldürüb.