Anasını ÖLDÜRDÜ, SONRA İSƏ YANDIRDI - Azərbaycanda DƏHŞƏT
    • 14-10-2019, 11:30
    • 986

Anasını ÖLDÜRDÜ, SONRA İSƏ YANDIRDI - Azərbaycanda DƏHŞƏT

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T. Bağırov 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, məlum hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də baş verib. Həmin mənzildə yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb. //APA