-
- 22-12-2018, 11:59
- 2 549
İran ordusu “Böyük Peyğəmbər-12” adlı hərbi təlimə başlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi birləşmələri bu gün İranın cənubunda yerləşən Qeşm adasında “Böyük Peyğəmbər-12” adlı hərbi təlimə başlayıblar.
Hərbi təlimlərə Sepahın dəniz və quru qoşun qüvvələri, raket və hava desantı cəlb edilib. Təlimin məqsədi İrana qarşı terrorçuların ehtimal edilən hücumunun qarşısını almaqdır.
Kontr-admiral M.Pakpur diqqətə çatdırıb ki, İranın hərbi təlimi sülh xarakteri daşıyır və müdafiə olunmaq üçündür. Onun sözlərinə görə İran bu günə kimi heç bir dövlətin ərazisinə göz dikməyib və heç kimə hücum etmək fikrində deyil: "İran heç bir dövləti təhdid də etməyib. Lakin İrana qarşı təhdid xarakterli bəyanatlar səslənir ki, bunların qarşısını almağa hər an hazırıq".
//AZƏRTAC