Şəhidin övladı faciəli şəkildə dünyasını dəyişdi
    • 18-07-2022, 10:14
    • 215

Şəhidin övladı faciəli şəkildə dünyasını dəyişdi

Gəncədə bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, bu barədə Cəlal Qurbanov "İnstagram" da paylaşım edib.

2017-ci il təvəllüdlü H.Cəfərli ötən axşam şokolad kağızının boğazında qalması şübhəsi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.