Ermənistan silahlı qüvvələri Qarabağdan çıxır
    • 19-07-2022, 11:34
    • 705

Ermənistan silahlı qüvvələri Qarabağdan çıxır

“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarır”.

News24.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, lakin Qarabağdakı çağırışçıların müdafiə ordusunda xidmətə çağırılması davam edəcək.

O, həmçinin Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarması və bununla da Qarabağı müdafiəsiz qoyması ilə bağlı tənqidlərə də reaksiya verib.

"Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Qarabağın Müdafiə Ordusunun köməyinə getdi. Atəşkəs əldə edildikdən və Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri bölmələrinin Qarabağdan geri çəkilməsi tamamilə təbiidir”, - Qriqoryan bildirib.