Rusiya və Ermənistanın müdafiə nazirlərinin telefon danışığı oldu
    • 23-03-2021, 16:55
    • 619

Rusiya və Ermənistanın müdafiə nazirlərinin telefon danışığı oldu

Rusiyanın müdafiə nazir Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

News24.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistan ordusunda həyata keçirilən irimiqyaslı islahatları, Ermənistanın Syünik vilayətində təhlükəsizlik tədbirlərini, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, hərbi-siyasi məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.