"Baş kəsimi ilə bağlı yayılan video realdır" - Norveç polisi təsdiqlədi - FOTO
    • 22-12-2018, 15:24
    • 2 027

"Baş kəsimi ilə bağlı yayılan video realdır" - Norveç polisi təsdiqlədi - FOTO

Sosial şəbəkələrdə baş kəsimi ilə bağlı yayılan video realdır.

Videonun gerçək olduğunu Norveç polisi təsdiqləyib.

Dəhşətli görüntülərdə İŞİD-çilərin yerə uzadılan əlləri bağlı qızın başını vəhşicəsinə bədənindən ayırması əks olunub.

"Videonun real olmadığını göstərən sübut yoxdur", - Norveç Milli Cinayət Təhqiqat Xidmətinin məlumatında qeyd edilib.

Qeyd edək ki, Mərakeşə istirahətə yollanan 24 yaşlı danimarkalı Louisa Vesterager Jespersen və 28 yaşlı norveçli Maren Ueland Atlas dağlarında yürüyüş zamanı vəhşicəsinə qətlə yetiriliblər. Onların başı kəsilmiş cəsədi ərazidən keçən turistlər tərəfindən tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, İŞİD-çilər gecə vaxtı qızların qurduqları çadıra girərək onların başını kəsib, videosunu çəkib, sosial şəbəkələrdə paylaşıblar. Qızların cəsədi bu gün Norveçə aparılıb. Onların hər ikisi Norveçdə tələbə imiş. Onların zorlanması barədə də xəbərlər yayılsa da, bu informasiyalar doğruluğunu tapmayıb.

Cinayətlə bağlı 4 nəfər ekstremist saxlanılıb. Onların edam edilməsi tələb olunur. Hətta, bununla bağlı imza toplanma kampaniyası da başladılıb.
//MilliAz