Hovuza girən qadınları təhqir edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
    • 21-07-2022, 12:42
    • 1 837

Hovuza girən qadınları təhqir edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Tiktok"da video çəkərək qadınlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb. 

Həmin şəxs hovuzda istirahət edən xanımlara qarşı nalayiq ifadələr işlədərək bunu "Tiktok" sosial şəbəkə hesabında yayıb.

Bu görüntülər cəmiyyətdə ciddi narazılığa səbəb olub.

Bəs, bu cür hallarda qanunvericilikdə hansı maddələr nəzərdə tutulub? Həmin şəxsi hansı cəza gözləyir?

Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında sözügedən məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan maddələri diqqətə çatdırıb.

Vəkil bildirib ki, bu məsələdə iki qanun pozuntusu var:

"Orada əsas iki qanun pzountusu var. Birincisi, şəxsi həyatın toxunulmazlığı hüququdur. Yəni, heç bir halda şəxsin özünün razılığı olmadan onu çəkmək, yaymaq qəti şəkildə olmaz. 

İkincisi də odur ki, şəxslər barəsində təhqiredici ifadələr işlədibsə, həmin ifadələrə görə, şəxslər iddia qaldıra bilər. Onun haqqında təhqiredirci ifadələr işlədibsə, nalayiq ifadələr işlədibsə, bu halda iddia qaldırmaq olar.

Həmin şəxsin də etdiyi və dedikləri cəmiyyətin birgəyaşayış qaydalarına uyğun olmayan davranışlardır. Eyni zamanda həmin şəxslər öz şərəf və ləyaqəti ilə bağlı iddia qaldıra bilərlər. Bunun üçün də təzminat ala bilərlər. 

Beləlikdə, bu iki qanun pozuntusu ilə həmin şəxs barəsində qanunvericiliyə uyğun şəkildə qərar verilə bilər". 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən bloger haqqında araşdırmalar davam edir, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.