Şəhidləri təhqir edən şəxsi üzr istədənlərin AQİBƏTİ BƏLLİ OLDU - VİDEO
    • 15-10-2021, 12:38
    • 439

Şəhidləri təhqir edən şəxsi üzr istədənlərin AQİBƏTİ BƏLLİ OLDU - VİDEO

Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb. 

DİN-dən News24.az-a verilən məlumata görə, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.