"Eşqin məndən əvvəl evli olub" - Aysundan şok etiraf
    • 21-07-2022, 23:55
    • 726

"Eşqin məndən əvvəl evli olub" - Aysundan şok etiraf

"Bu haqda heç yerdə danışmamışam. Amma danışmaq istəyirdim. Eşqin məndən əvvəl bir rus xanımla ailəli olub. Ona cavanlıq səhvi deyir, amma övladı var".

News24.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova prodüser Tolik(Tarix) Əliyevin yutubda yayımlanan "Səmimi" verilişində deyib.

O, həyat yoldaşı Eşqin Cəlilovun ondan öncə bir dəfə ailəli olduğunu etiraf edib: "Eşqinlə tanış olanda bilmirdim ki, o məndən öncə ailəli olub. Onlar biz ailə qurmadan dörd il əvvəl boşanıblar. Eşqin 21 yaşında ailə qurub, indi 28 yaşı var. Dünya gözəli bir qız övladı var. Görmüşəm, məni onunla tanış edib. Gəzməyə də aparıb, görüşürük də, ona hədiyyə də alıram. Biz sevgili olandan sonra Eşqin dedi ki, sənə bir söz deməliyəm, bir övladım var, necə qəbul edərsən? Bir kəlimə ilə cavab verdim ki, sənin yox, bizimdir. İstəyirsən gətir evdə baxım. Körpədir onun nə günahı var. O Eşqinin canından gəlib. Anası rus olanda nə olar".