Səddam Hüseynin sarayı muzeyə çevriləcək - -FOTO

Səddam Hüseynin sarayı muzeyə çevriləcək - -FOTO Dünya
2003-cü ildə devrilmiş İraq lideri Səddam Hüseyn tərəfindən Babildə inşa edilən və işğal dövründə ABŞ-ın qərargahı olan saray muzeyə çevriləcək.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı İraqın Mədəniyyət, Turizm və Qədim Əsərlər Nazirliyi verib.

Qeyd edək ki, saray 4000 illik tarixi olan qədim Babil şəhərinin mərkəzində, Fərat çayı yaxınlığında, 90-cı illərdə süni təpə üzərində inşa edilmiş və ABŞ-ın İraqa müdaxiləsi ilə ABŞ qüvvələri 2003-cü ildən 2011-ci ilə qədər sarayın qərargahı olub.

Səddam Hüseynin sarayı muzeyə çevriləcək - -FOTO