Baş Prokurorluq məlumat  yaydı
    • 25-07-2022, 14:28
    • 368

Baş Prokurorluq məlumat yaydı

Bəzi media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bununla əlaqədar bildiririk ki,  Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə  sonuncunun  2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə  ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin  məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.

21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.