Vətən müharibəsi iştirakçısı YOXA ÇIXDI - FOTO
    • 25-07-2022, 17:29
    • 278

Vətən müharibəsi iştirakçısı YOXA ÇIXDI - FOTO

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

News24.az "APA"-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşayırmış və orada itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".