Bakıda kişi maşını ilə birgə YOXA ÇIXDI
    • 2-06-2022, 11:56
    • 279

Bakıda kişi maşını ilə birgə YOXA ÇIXDI

Bakıda kişi itkin düşüb.

News24.az Lent.az-a istinadla məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 32 yaşlı qəsəbə sakini Musa Babayev mayın 29-u səhər saatlarındaözünə məxsus “Khazar” markalı, 77-PK-533 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən gedərək itkin düşüb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Yaxınları M. Babayevin itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.