Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ

Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Sosial
Göygölə gedirəm. Beynimdə bircə fikir dolaşır, hava istədiyim fotoları çəkməyimə imkan verəcəkmi? Çünki ötən ay  Şamaxıda Rəsədxanadakı çəkiliş zamanı xəyal qırıqlığı yaşadım. Havanın yağışlı olması planlarımı alt-üst elədi. Səmanı izləmək üçün havanın yağmursuz olması şərt idi...

...Göygölə Bakıdan 5 saatlıq yoldur. Yolda yorulsam da, rezerv elədiyim kotecə yerləşib ərazini gəzintiyə çıxdım. Fotolar üçün əlverişli məkan tapmalıydım. Yüksəklik yerlərə yalnız xüsusi avtomobillərlə qalxmaq mümkündür. Həmin ərazilərə xüsusi turlar da təşkil olunur. Məkanlara görə turun qiyməti də dəyişir. 50-100 manat arası. Təbii ki, bu məbləğ yolun çətinliyi və uzaqlığına görə müəyyən olunur.

 
Başımın üstü Kəpəz, ayağımın altı Göygöl

Turların birindən seçim elədim. Yalan deməyəcəm, yüksəklik dedikdə hansısa yaxın məkanda olan təpənin nəzərdə tutulduğunu düşündüm. 2 saat çəkən gəzinti fikirlərimi tamamilə dəyişdi. 

Peşəkar sürücü daş-kəsəkli, uçurumlu dağ yolları ilə məni mənzərəsi Göygölə açılan əraziyə gətirdi. Elə bir məkan ki, ayağımın altı Göygöl, başımın üstü Kəpəz idi. Ağacların arasındansa Maralgöl boylanırdı...

Kameramın yaddaşına köçürdüyüm növbəti ecazkar mənzərə Maralgölün yüksəklikdən görüntüsüydü. Skandinaviyanın möhtəşəm mənzərəsindən qat-qat böyük gözəlliklə üz-üzəydim. 



Turistlər

Nahardan sonra Göygölün turistlərin ziyarət etdiyi hissəsini gəzdim. 

294 pilləkəni qalxıb Maralgölün göz yaşı kimi təmiz suyuna toxunub onu ovuclarımda hiss eləmək istəyirdim. 300-ə yaxın pilləkən adamı yorsa da, sonda qarşıda açılan təbiət möcüzəsi hər şeyi unutdurdu.


“Çimmək qadağandır!”

Amma əsrarəngiz gözəlliyi pozanlar da vardı. Dinməzcə dayanıb təbiət incisindən gözünü çəkmək istəməyən əcnəbilərə rəğmən yerli turistlərin yersiz davranışları və lazımsız səs-küyü...

Yeyib-içib əlinə gələni məkana atıb gedənlər, “Budur Maralgöl?! Bilsəm, gəlməzdim. Burda nə var ki, guya” deyənlər, bir də “çimmək qadağandır” yazısına məhəl qoymadan bir-birinə boy göstərib gölə baş vurmaq istəyənlər...
Amma nə yaxşı ki, mühafizəçilər ayıq-sayıqdır. Onlar deyir ki, “Biz ziyarətçinin necə davranacağını simasından hiss edirik”.

Teymur MƏMMƏDOV


Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ Başımın üstü Kəpəz, ayağımın altı Göygöl- "Azərbaycanın mirvarisi"ndən - FOTOREPORTAJ