İlon Maskla bağlı yeni ittiham – Dostunun həyat yoldaşı ilə...
    • 25-07-2022, 18:39
    • 541

İlon Maskla bağlı yeni ittiham – Dostunun həyat yoldaşı ilə...

İlon Maskın “Google” şirkətinin yaradıcısı Sergey Brinin həyat yoldaşı Nikol ilə münasibət yaşadığı iddia edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Brin dostu ilə həyat yoldaşının arasındakı münasibəti bildikdən sonra ayrılmaq qərarı alıb.

Hətta onun Mask ilə dostluq münasibətinin pozulduğu məlum olub, Maskın şirkətlərinə edilən bütün sərmayelərin geri çəkilməsini tapşırıb. 

Bu ittihamlardan sonra Mask yayılan xəbərləri “Twitter”-də yalanlayıb: “Bu, cəfəngiyyatdır. Sergey və mən dostuq, dünən gecə partidə bir yerdə idik. Nikolu 3 ildə 2 dəfə görmüşəm, onda da ətrafımızda çox adam var idi. Romantik nəsə yoxdur”.

Vüsalə Babaşova