-
- 25-07-2022, 18:44
- 834
Bu obyektlərin siyahısını təsdiqləyəcək qurum dəyişdi
Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənəcək.
News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq ediləcək.
Bundan əvvəl təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib.