Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
    • 26-07-2022, 12:56
    • 709

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.