"Sürix" - "Qarabağ" matçının biletlərinin qiyməti açıqlandı
    • 26-07-2022, 18:15
    • 386

"Sürix" - "Qarabağ" matçının biletlərinin qiyməti açıqlandı

İsveçrədə "Sürix"in qonağı olacaq "Qarabağ" azarkeşləri üçün biletlərin qiymətləri açıqlanıb.

News24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın keçiriləcəyi "Letsiqrund" stadionunda "Qarabağ"ın azarkeşləri üçün iki sektor ayrılacaq.
 
Belə ki, azarkeşlər oyundan iki saat əvvəl, 17.00-da onlar üçün ayrılmış B12 və B13 sektorlarının giriş qapılarından bilet ala bilərlər. Biletin qiyməti 25 İsveçrə frankıdır. Ödənişlər yalnız nağd və İsveçrə frankı ilə qəbul ediləcək.
 
"Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda Ağdam klubu 3:2 hesabı ilə qalib gəlib.