“Qarabağ” - “Sürix” oyununun vaxtı bilindi
    • 13-07-2022, 13:58
    • 363

“Qarabağ” - “Sürix” oyununun vaxtı bilindi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunu iyulun 19-u, saat 20:00-da başlayacaq. 

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb. 

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab görüşü isə iyulun 27-də İsveçrədə baş tutacaq.