Şirvanda oğurluq edən şəxs saxlanıldı
    • 27-07-2022, 10:20
    • 321

Şirvanda oğurluq edən şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rahim Hüseynov saxlanılıb.

Dindirilmə zamanı R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.