Yıxılan uşağını tutmaq üçün özünü binadan atdı - Xırdalanda faciə
    • 27-07-2022, 10:40
    • 12 764

Yıxılan uşağını tutmaq üçün özünü binadan atdı - Xırdalanda faciə

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

News24.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış massivində baş verib.

Binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı və anası pəncərədən yıxılıblar. Onlar hadisə yerində vəfat ediblər.

Abşeron rayon Prokurorluğundan saytımıza bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk olaraq oxu.az saytı məlumat yayıb. Bildirilib ki, binanın beşinci mərtəbəsində uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib. Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.