-
- 27-07-2022, 18:13
- 7 724
"Qadın düşən kimi öldü, uşaq isə..." - Faciənin şahidləri danışır
Xəbər verdiyimiz kimi, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış massivində ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Binanın 5-ci mərtəbəsində yaşayan ailənin azyaşlı övladı pəncərədən düşüb.
Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.
News24.az hadisənin təfərrüatlarını öyrənib. Şahidlərin dediyinə görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Həyətdə oturmuşduq. Saat 8-ə işləyirdi. Bir də gördük ki, pəncərənin setkası uşaqla bir yerdə yerə çaxıldı. Anası da uşağı tutmaq üçün ardınca özünü atdı. İsmayıllıdan gəlmişdilər. 3 nəfər idilər. Uşaq, atası və anası. Sakit, tərbiyəli ailə idi".
Qonşu Mehriban Cəfərova deyir ki, ailə 3-4 gün öncə həmin mənzilə köçübmüş: "3-4 gün olardı bura köçmüşdülər. Bizim üst qonşumuz idilər. Gəlinim paltar asanda uşağın düşdüyünü gördü. Qışqırıq səsinə gələndə guppultu eşitdim. Aşağı düşdüm. Gördüm bir tərəfdə uşaqdı, ondan bir az aralıda da anası düşüb. Əvvəlcə elə bildim qızın ürəyi gedib. Sonra gördüm ki, artıq ölüb.
Gənc ailə idi. Uşağın 2 yaşı var idi. Qız da kollecdə müəllimə işləyirmiş".
Şahid Ayxan Gözəlli deyir ki, uşaq yerə düşəndə can üstündəydi: "Uşaqlarla həyətdə oturmuşdum. Binanın qarşısında olan qadınlar qışqırdı. Dönəndə gördüm ki, uşaq düşüb. Anası da onu tutmaq üçün ardınca özünü atıb. Uşaq yerə düşəndə bir az tərpəndi. Qadın isə düşən kimi ölmüşdü. Uşaq təcili yardıma qoyulanda da tərpənirdi. Sonra xəstəxanada keçinib".
Qumral ƏLİYEVA
Foto: Nicat NİFTƏLİYEV